Marketing Воскресенье, 22.12.2024, 04:35
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

2.1. Sosial fəlsəfədə fundamental və sistemyaradıcı anlayışlar.
[ ] 20.02.2009, 11:33

Sosial fəlsəfədə fundamental və sistemyaradıcı anlayışlar.

 

1.İnsan fəaliyyətinin mahiyyəti. Hər bir elmdə olduğu kimi, sosial fəlsəfənin də əsas anlayışlar aparatı vardır. Bu anlayışlar cəmiyyətin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Onların sırasında fəaliyyət ən mühüm yer tutur.

     Sosial fəlsəfə insanların praktiki fəaliyyətinə (iqtisadi, mənəvi, siyasi, elmi, əxlaqi, estetik və s.) və bu fəaliyyət prosesində bir-birilə daxil olduqları müxtəlif növ münasibətlərin öyrənilməsinə geniş diqqət yetirir. Bu elm fəaliyyətin obyektiv və subyektiv tərəflərini, onun (fəaliyyətin) sövqedici motivlərini obyektiv tələbatları, mənafeləri, habelə onların şüuruna xas olan motivləri, fəaliyyətin məqsədlərini (özü də bu iki tərəfi dialektik qarşılıqlı təsirdə) təhlil edir.

     Fəaliyyət dedikdə insanların məqsədyönlü, dəyişdirici təsiri prosesi başa düşülür. Bu prosesdə həm təsirin yönəldiyi obyekt, həm də onun subyekti, yəni insanın özü dəyişilir. Göründüyü kimi, fəaliyyət bir tərəfdən ətraf mühitin dəyişdirilməsi, digər tərəfdən isə insanların özünün yeniləşməsi deməkdir. Qeyd olunmalıdır ki, subyekt ilə obyektin qarşılıqlı təsirini ifadə etdiyi üçün fəaliyyət obyektiv məzmuna malikdir. Buradan aydındır ki, fəaliyyəti əks etdirən sosial bilik də obyektiv xarakter daşıya bilir.

     İnsanların fəaliyyəti ətraf mühiti yeniləşdirməklə bitmir. Bu prosesdə həm də sosial mühit formalaşır. Sosial mühit insanların bir-birilə çoxtərəfli, qarşılıqlı münasibətlərinin məcmusudur. Mövcud cəmiyyətin ictimai institutları və təşkilatları da buraya daxildir. Hər bir nəsil sosial həyata qədəm qoyarkən birinci növbədə özündən əvvəlki nəsillərin yaratmış olduğu predmetləri, əmək alətlərini, dili və sosial-mədəni normaları mənimsəyir. Onun sonrakı fəaliyyəti bu sərvətləri inkişaf etdirməyə və gələcək nəsillərə ötürməyə yönəlir. Beləliklə, tarixi prosesdə nəsillərin bir-birilə sıx əlaqəsi, ünsiyyəti özünü göstərir.

     Əgər sosial fəaliyyətin daxili məzmununa nəzər salsaq, burada iki bir-birilə sıx qarşılıqlı prosesin baş verdiyini görərik. Onlardan birincisi subyektiv olanın obyektiv çevsilməsidir. İkinci proses isə öz növbəsində obyektivin yenidən subyektiv keyfiyyət halına keçməsidir. Birinci istiqamət onu ifadə edir ki, fəaliyyət hər şeydən əvvəl insanın malik olduğu subyektiv keyfiyyətlərin – təcrübə, vərdiş və biliklərin onun yaratdığı əşya və predmetlərdə maddiləşməsidir. Deməli onun məzmununu insanın mahiyyət qüvvələrinin predmetləşməsi və ya onun fəaliyyət formalarının əşya və predmetlər, digər fəaliyyət məhsulları onlar tərəfindən istehlak olunur. Bu proseslə onların əks predmetləşməsi və sözün müəyyən mənasında yenidən subyektiv keyfiyyətlərə, yəni fəaliyyət formalarına çevrilməsi baş verir.

     Cəmiyyətə bir qədər dərindən nəzər yetirdikdə məlum olur ki, ictimai həyatın bütün zahiri rəngarəng hadisələrinin arxasında insanların birgə fəaliyyətinin bu və ya digər növü durur. Məhz insan fəaliyyəti sosial həyatın gizli, mahiyyət xarakterli tərəfini ifadə edir. Sosial fəlsəfə öyrədir ki, bütün ictimai münasibətlərin çıxış nöqtəsi insanların sosial fəaliyyətidir.

     Cəmiyyət dedikdə, ətraf dünyaya aktiv münasibətin insana məxsus spesifik forması başa düşülür. Onun əsas məzmununu real dünyanın məqsədyönlü şəkildə mənalandırılması, dəyişdirilməsi və yenidən yaradılması təşkil edir.

     Fəaliyyətin strukturunda mərkəzi yeri insan tutur. İnsansız fəaliyyət yoxdur, o fəaliyyətin subyektidir. Fəaliyyətdə subyektlə yanaşı obyekt də çox mühüm yer tutur. Obyekt həm əşya və predmetlər, həm də insan formasında çıxış edə bilir. Sonunculara misal olaraq həkimin, müəllimin, və bir sıra başqa peşə sahiblərinin fəaliyyətinin yönəldiyi tərəfləri göstərmək olar. Fəaliyyətin obyekti öz məzmununa görə mürəkkəbdir. Burada maddi və mənəvi istehsal alət və vasitələri (dəzgahlar, müxtəlif qurğu və avadanlıqlar, habelə qələm, makina, kompüter, çap maşınları və sair) əsas yer tutur. Fəaliyyət obyektinin məzmununa, həm də dil (səsli, şifahi və yazılı nitq), informasiyanın maddi daşıyıcıları (maqnit lenti, disket, şəkil, sxem və s.), simvol və işarələr daxildir. Sosial fəaliyyətin baş verməsi üçün yuxarıda göstərilən tərəflərin əlaqələrdə və münasibətlərdə olması tələb olunur.

     Beləliklə, sosial fəaliyyət aşağıdakı dörd ünsürdən təşkil olunur: insanlar, fiziki əşyalar, simvollar və əlaqələr. Sosial fəaliyyət öz məzmununa görə aşağıdakı əsas sahələrə ayrılır: maddi fəaliyyət, mənəvi fəaliyyət, idarəetmə fəaliyyəti və xidmət sahəsi.

     İnsan fəaliyyətinin müstəsna dərəcədə böyük rol oynadığı şəksizdir. Lakin bu rol həddən artıq şişirdildikdə cəmiyyətdə mövcud olan real çoxtərəfli, mürəkkəb və çoxölçülü xarakter daşıyan sosial qarşılıqlı təsirin əhəmiyyəti bəsitləşir. Doğrudur, fəaliyyət sosial sistemdə sistemyaradıcı əhəmiyyət kəsb edir. Lakin o insanların mövcudluğunun yeganə əsas göstəricisi deyildir. Əvvəla, nəzərdə tutmaq lazımdır ki, sosial fəaliyyət, insanın aktivliyi özbaşına yaranmır. O insanların müxtəlif maddi və mənəvi təlabatları, mənafeləri və dəyər orientasiyası əsasında baş verir. Digər tərəfdən, insanların fəaliyyəti bir çox hallarda onlar üçün gözlənilməz nəticələr verə bilir; yəni bu fəaliyyət onların mənafelərinə zidd olan sosial münasibətlər, institutlar, siyasi və ideoloji hadisələr yarada bilir.

     Buradan aydın olur ki, sosial fəaliyyət ictimai həyatın əsasıdır. Amma ictimai həyat yalnız fəaliyyətdən ibarət deyildir. Sosial həyat çoxölçülü xarakter daşıyır. O təkcə fəaliyyət növlərinin məcmusu demək deyildir. Burada müxtəlif aspektlər sosial qrupların birləşməsi, müxləlif ictimai təşkilatların strukturu və digər amillər də çox  böyük rol oynayır.

     Fəlsəfə tarixində fəaliyyət probleminin təhlilində klassik alman fəlsəfəsinin nümayəndələrinin böyük rolunu qeyd etmək lazımdır. Fəaliyyət kateqoriyasının ən rasional, inkişaf etmiş konsepsiyasını Hegel yaratmışdır. Onun fikrincə, fəaliyyət mütləq ruhun inkişaf etmək təlabatından irəli gəlir. Fəaliyyətin mərkəzində ruhun aydınlaşdırıcı və rasionallaşdırıcı vəzifəsi durur.

     Hegel “fəaliyyət” anlayışına öz münasibətini belə bildirmişdir: “Şüur  - mənim hər hansı bir predmetə (istər daxili, istər xarici) olan münasibətimdir. Müəyyən mənada bizim biliklərimizin məzmununu hissi qavrayış vasitəsilə dərk etdiyimiz predmetlər, qismən də ruhun özünə aid olan predmetlər təşkil edir. Birincilər hislər, ikincilər isə təfəkkür vasitəsilə qavranılan aləmdir. Hüquqi və dini anlayışlar sonuncuya aiddir.” Hegel qeyd edirdi ki, predmetlə qarşılıqlı əlaqədə olan “mən” iki cür olur: 1) passiv, bu halda predmet “mən”dəki təriflərin səbəbidir. Təsəvvürlər, mövcud predmetlərin “Mən”ə hansısa təsir göstərdiyi zaman əmələ gəlir – buna nəzəri şüur deyirlər. 2) “Mən”in praktiki şüurunun anlamları, bunlar təsəvvür və təfəkkür səviyyəsində qalanda deyil, həqiqi mövcud olma zərurəti meydana gələndə gerçəkləşir. Bu zaman Mən predmetləri müəyyən edirəm, bunların dəyişilməsinin səbəbiyəm. Hegelə görə praktiki fəaliyyət nəticəsində daxili praktiki anlayışlar özgələşir, yəni xarici mövcudluq qazanır. Başqa sözlə desək, xarici mövcudluq dəyişərək, daxili təriflərə uyğun hala salınır. Praktiki şüurun daxili məzmunu – ya təbii hiss, duyğu, ya da iradədir.”

     Hegel göstərirdi ki, təbii təlabatlar insanı təbii varlıq kimi hərəkət etməyə məcbur edir. İradə isə - arzunun ali mərhələsidir, burada həm qeyri-müəyyənlik, həm də onun gerçəkləşməsinin imkanı vardır. Onun fikrincə, fəaliyyət mövcud varlığın əldə edilmiş mənasıdır. Hərəkətin özü müəyyən bir məqsəd naminə şüurdan, iradədən keçərək ifadə olunan fəaliyyətdir. Predmet öz xüsusiyyətlərinə görə başqalarından fərqlənən müəyyən bir şeydir. Onun xüsusiyyətlərini nəzərə almadıqda biz abstraklaşmaya yol veririk. Həm obyekt, həm də onun haqqındakı təsəvvürlər abstrakt forma alır. Hər hansı təcrübə bizə obyektin necə olmasından işarə verir, nə üçün? – sualına cavab vermir. Praktiki fəaliyyət, əslində, daxili ilə xaricinin birləşməsi, xarici aləmin bilavasitə dərk etdiyimiz predmetləri mənimkiləşdirmək, başqa şəklə salmaq deməkdir. Yalnız, düşünən varlıq olan insan, özü üçün zəruri olan niyyətləri dərk edib reallaşdıra bilər.

2.İctimai münasibətlərin formalaşması.K.Marks və F.Engels  “Alman ideologiyası”  və digər əsərlərində insan cəmiyyətində ünsiyyət formaları, insan fəaliyyətinin iki tərəfi (insanlar və təbiət arasında, insanların öz arasında) haqqında geniş bəhs etmişlər. Burada göstərilir ki, məhsuldar qüvvələr və ünsiyyət formaları arasındakı münasibəti məhsuldar qüvvələr ilə istehsal münasibətlərinin dialektikası müəyyən edir. Həmin əsərdə onlar ictimai həyatın sistemli təhlilin ilk prinsiplərini əsaslandırmış, ümumdünya tarixi prosesin mərhələrini müəyyən etməyə çalışmışlar.

     Marks  sübut etdi ki, insanlar maddi nemətləri şüurlu surətdə yaratsalar da, bu istehsal fəaliyyətinin nəticəsi (yəni insanlar arasında yaranan istehsal münasibətləri) artıq onlardan asılı olmur. Sosial münasibətlər fəaliyyət zamanı formalaşır, eyni zamanda, bu fəaliyyətdən asılı deyildir. İctimai həyatın müxtəlif sahələrində mövcud olan obyektiv strukturların ümumi modeli məhz belə münasibətlər əsasında qurulur. Onun fikrincə, “Cəmiyyət – ictimai münasibətlər çərçivəsində olan insanın özüdür.” Tarix isə insan fəaliyyətinin prosesi və nəticəsidir. Marks insan fəaliyyətinin cəmiyyətin maddi şəraiti ilə müəyyən edildiyini göstərmişdir. Fəaliyyət predmetli xarakter daşıyır, özündə hissi-praktiki və nəzəri fəomaları birləşdirərək, praktikanı təşkil edir. İnsan fəaliyyətinin ali forması əməkdir.    XX əsrin əvvəllərində  konkret  tədqiqatlar zamanı fəaliyyətin təşkil olunma və funkisional  mexanizmilərinin daha dərin öyrənilməsi  zərurəti meydana gəldi. Nəticədə fəaliyyət ilə bağlı olan, lakin ondan bir qədər kənarda yerləşən yeni komponentlərin (tərkib hissələrin) üzə çıxarılması vacib oldu. Sosial fəaliyyət nəzəriyyəsinin nümayəndələri bu məsələnin həllində mühüm rol oynadılar. Onlar məqsədyönlü fəaliyyətin rasional ünsürləri ilə yanaşı, buradakı dəyərlər sisteminin,

motivlərin ,oriyentasiyaların və ümidlərin də əhəmiyyətini xüsusi olaraq qeyd etmişlər. Məsələn, M.Veber “Əsas sosioloji anlayışlar”əsərində fəaliyyətə belə tərif  verir: bu belə bir hərəkətdir ki, daxildə və ya xaricdə ifadə olunma xarakterindən, insan tərəfindən qəbul olunması və ya rədd edilməsindən asılı olmayaraq, özündə subyektiv məna daşıyır. Sosiyal fəaliyyət zamanı şəxs

və ya bir neçə  şəxs öz hərəkəti ilə onun mənasını əlaqələndirir. Veberin tərifi Hegelinkinə çox yaxındır, əlavə olaraq o, məna sözünün mahiyyətini də izah edir: məna, situasiyaya subyektivcəsinə  verilən qiymət (əgər situasiya(şərait) təkrarlanırsa, bu qiymət də təxmini, ortaq olur) ola bilər. Bu şəraitə uyğun verilən nəzəri qiymət, mənanın xalis tipidir. Veber hesab edir ki, sosiologiyada və tarixdə  həqiqi,”“əhmiyyətli” mənaları axtarmamalı, çünki onları, konkret varlıq haqqındakı  empirik elmlər öyrənir. Hər hansı bir hərəkəti, onun mənasını axıra qədər dərk etmək mümkün deyildir, bunu bəlkə yalnız mütəxəssislər edə bilərlər. O həm də intellektual və hissi  (emosional) anlamları bir-birindən fərqləndirir. Riyaziyyat və  məntiqdə bu imkanlar daha genişdir. Bəzən başa düşmədiyimizi də olduğu kimi qəbul etməyə məcburuq.Veberin tətbiq etdiyi məşhur “ideal tip” kateqoriyası vasitəsilə, onun hesab etdiyi kimi, hər hansı bir reallığı, hətta irrasional faktorlarla müəyyən ediləni (affektlər, yanılma) rasional konstruksiyadan kənara çıxma kimi qiymətləndirmək olar. Bu mənada“anlama” sosiologiyasının metodu rasionalist xarakter daşıyır. Anlama zamanı faktiki fəaliyyətin və ya hərəkətin izahını vermək üçün faktı olduğu kimi qəbul edib interpretasiya etmək lazımdır. Onun həqiqətə uyğun olub–olmamasını yalnız praktikada təsdiqləmək olar.

     Sosial fəaliyyət və ya hərəkət insanların bir-birinə olan münasibətləri zamanı mümkündür, o,

mahiyyət etibarilə başqasının davranışına, hərəkətinə yönəldilir. Kütləvi fəaliyyəti və ya nəyisə

yamsılamaqla  bağlı olan hərəkətləri hələ sosial adlandırmaq olmaz. Çünki sosial fəaliyyət məqsədyönlü olur, qarşılıqlı təsir və münasibətlər  əsasında yaranır. Veber sosial fəaliyyətin motivlərini xüsusi qeyd edir(rasional, ənənəvi, affektiv və s.).

     Sosial münasibətlər - insanlar  arasında əmələ gələn, mənasına görə uzaqlaşdırılmış qarşılıqlı             əlaqə və təsirdir.  Bu münasibətlər  uzun və qısamüddətli, könüllü və məcburi, təkrarlanan və bir dəfə baş verən ola bilir. Sosial davranışın tiplərini fərdlərin maraq və mənafeləri əsasında müəyyən etmək olar. Sosial davranışın lekitim qayda-qanun forması dövlət səviyyəsində qəbul olunur.

      XX əsr fəlsəfə (və sosiologiyada) “sosial fəaliyyət” anlayışını və onun növlərini E.Dirkheym, P.Sorokin, T.Parsons geniş tətbiq etdilər. T.Parsons özünün sosial fəaliyyət nəzəriyyəsini O.Kont və H.Spenserin ixtiyari təkamülçülük quramalarına qarşı yönəltmişdir. Parsons hələ Hobbs tərəfindən irəli sürülmüş ictimai qayda problemini həll edərək, insan fəaliyyətini fərdi və ümumi qütblər arasındakı ziddiyyəti internallaşma və institusionallaşma anlayışları vasitəsilə aradan götürməyə çalışır. Fərdin fəaliyyət azadlığı, müəyyən “struktur alternativ” (seçmə imkanı), yəni “müəyyən dəyişən kəmiyyətlər” tərəfindən məhdudlaşdırılır. İstənilən fəaliyyətin “seçmə dilemması” aşağıdakılardır:

1.     affektivlik-neytrallıq;

2.     özünə doğru oriyentasiya (yönüm)-kollektivçilik;

3.     universallıq – partikulyarlıq (xüsusi);

4.     xüsusi-diffuziyalı (yayılmış, seyrək);

5.     uydurma-nailiyyət.   

  

     Parsons sosial davranış tiplərini təsvir etmək üçün kateqoriyaları olduqca ixtiyari şəkildə seçir: mədəniyyət, cəmiyyət, şəxsiyyət və fərdin davranışı. Burada aparıcı rolu mədəni sistem oynayır. Cəmiyyətin bir sistem kimi öyrənilməsində Parsonsun böyük xidmətləri vardır. Onun fikrincə, sosial sistem fəaliyyətin mövcudluğu və inkişafının komponentlərindən biridir. Sosial sistemin əsas məsələsi – inteqrasiya, qayda probleminin daimi həllidir. Əgər sosial struktur qarşılıqlı fəaliyyət münasibətlərinin formasıdırsa, funksiya-strukturun nəticəsi, bütövün tarazlaşdırılmasında “dinamik”anın payıdır. Şəxsiyyətin tələbləri – bu sistemin dəyişən kəmiyyətləridir. Hər bir sistemin fəaliyyət növlərinin müəyyən təşkili, institusionallaşması vasitələri olmalıdır ki, bu təşkilin pozulması hallarını aradan götürmək mümkün olsun, ictimai institutların bir-birinə uyğunluğu təmin edilsin.

     Müasir dövrdə fəaliyyətin strukturu, icra mexanizmi, vəzifələri geniş öyrənilir, onun məqsədi, vasitə və nəticələri dəqiq müəyyən edilir. Fəaliyyətin əsasını tələbatlar, mənafelər, məqsəd, motiv, stimul və məqsədli oriyentasiyalar təşkil edir. Bu kateqoriyaları sosial fəlsəsəfə, səsiologiya və sosial psixologiya əsaslı tətbiq edirlər.  Sovet və postsovet məkanında bu problemləri tədqiq edən L.P.Buyevanı, İ.S.Konu, M.S.Kaqanı, M.M.Baxtini, L.M.Lotmanı, M.V.Dyomini və başqalarını göstərmək olar. Məsələn, fəaliyyət haqqındakı təsəvvürlərini M.V.Dyomin belə xarakterizə edir: Fəaliyyət – hadisədir, onun çoxlu növləri (formaları, ifadə üsulları, emosional gərginlik, fizioloji mexanizmləri və sair)  vardır.

     Adətən fəaliyyəti subyekt və obyektin qarşılıqlı münasibətləri kimi qiymətləndirirlər. Əslində isə, fəaliyyət öz ifadəsini daha çox subyektin obyektə təsirində tapır, yəni fəaliyyət həmişə müəyyən hərəkətlər sistemini nəzərdə tutur.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2996 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 2
10.03.2024
2. Vpoplo () [Материал]
order atorvastatin 10mg for sale <a href="https://lipiws.top/">cost lipitor 80mg</a> lipitor 10mg cheap

19.10.2012
1. Sequoia () [Материал]
Great arctile, thank you again for writing.

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024