Marketing Суббота, 23.11.2024, 12:39
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

1.2. Sosial fəlsəfənin predmeti və cəmiyyətin öyrənilməsində rolu (ardı)
[ ] 20.02.2009, 11:39

Vilhelm Dilteyin, daha sonra Hans Qadamerin təsiri altında Şleyermaher öz qarşısına anlama, başa düşmə prosesini, öyrənmə və müəyyənetmə məqsədini qoymuşdu. O, düzgün başa düşməmək təhlükəsini aradan qaldırmaq yollarını öyrədirdi.

Diltey hesab edirdi ki, öyrənilən dövr, zaman interpretatordan (yozan) nə qədər uzaq olsa, bir o qədər onun məqsədinə nail olmaq imkanını artırır. Klod Levi-Stros bu ideyanı bəyənib, daha da inkişaf etdirib (“mədəni disntasiya”, fasilə haqqında fikirləri) Diltey interpretasiyanı tarixi qanun şəklində başa düşürdü: insan cəmiyyəti, yaşamağın universal şəraitini yaratmaqla, mədəni inteqrasiyanı artırdıqca, inetrpretasiyanın dərketmə imkanları da çoxalır. Diltey hesab edir ki, fəlsəfə və incəsənət sivilizasiyasının ali nöqtələri olduqları üçün interpretasiya aparmağa qadirdilər. Beləliklə, Diltey ömrünün sonunda qanunvericilik ambisiyalarını tam tənqid və inkar etməyə hazır idi.

Qadamer bu işi davam etdirərək, “Həqiqət və metod” əsərində yazırdı ki, mətnin və ya sənət nümunəsinin həqiqi mənası heç vaxt axıra qədər açıqlana bilməz”. Hermenevtika mütəxəssisləri anlama prosedurlarını yox, anlama prosesinin şəraitini öyrənməlidirlər. Beləliklə, o, həm peşəkar, həm də qeyri - peşəkar anlamaya bərabər hüquq verirdi. İnterpretasiya metodunun tərəfdarlarının sayı ildən-ilə artır. Bauman qeyd edir ki, Rolan Bart Nitsşeyə məxsus olan ifadəni “həqiqət - köhnə metaforların ektraktıdır” – öz nəzəriyyəsinin prinsipinə çevirdi. “Mətn toxunulmuş parçadır. Bizi maraqlandıran isə onun nə olduğu yox, bu mətnin yaranması, parçanın toxunulması prosedurasıdır”.

Jak Derrida isə belə qənaətə gəlir ki, tədqiqat “mətnlər arasında fasiləsiz gedən bir söhbətdir, burada ümumi bir nəticəyə gəlmək perspektivi yoxdur”. Derridanın fəlsəfəsi təsadüfi dünya, təsadüfi bilik fəlsəfəsidir: bilik və dünya arasında sərhəd qeyri – müəyyən, arzuolunmazdır. Burada subyekt və obyekt, xarici və daxili, məna və mənasızlıq arasında bütün fərqlər itir. Ən başlıcası isə mətn və onun interpretasiyası arasında sərhəd götürülür. İnterpretasiya mətnin davamıdır, o, mətndə əriyib yox olur, sonsuz və çoxmənalıdır. Şüur mətni bərpa, təslim etməyə, saxlamağa çalışır; nəticədə dünyanı genişləndirmək əvəzinə məhdudlaşdırır və qapayır. İnterpretasiya tamamlana, qurtara bilməz. Bilik müxtəlifliyi artırır, nəticədə insan dünyanın plyuralist mənzərəsi ilə barışır, onun ambivalentliyini, insan mövcudluğunun təsadüfiliyini qəbul edir. Belə yanaşma biliyin ən səciyyəvi xassəsinə çevrilir.

Rorti hesab edirdi ki, bu yolla fəlsəfə tədricən inkar edilir (Bauman dəqiqləşdirir ki, söhbət qanunverici prinsiplə formalaşan fəlsəfədən gedir). Sosiologiya da hər iki istiqamətdə (qanunverici və interpretasiya) inkişaf edir. Baumanın fikrincə sosialogiya əslində gündəlik həyatı sistemli şəkildə izah etməli, bunnunla da həyat haqqındakı bilikəri artırmalı, bu yol ilə həyata müdaxilə etməlidir.

Fəlsəfə və sosialogiyanın qarşılıqlı əlaqəsi haqqında E.Dürkheymin də maraqlı ideyaları olub (Bauman öz əsərində bunlardan bəzilərini qeyd edib).

Dürkheym müxtəlif tədqiqatçıların ideyalarını birləşdirərək yeni müddəalar irəli sürdü. O, Kont və Spenserin qeyri – ardıcıllığını, metofizikliyini tənqid edərək Dekartın rasionalmini qəbul etdi. Lakin Dürkheym öz fəlsəfi baxışlarını sistemli, ardıcıl şəkildə formalaşdırmadı, bununla belə fəlsəfə və sosialogiya haqqında onun çox dəyərli fikirləri vardır. Məsələn, sosialogiyanın fəlsəfi əsasına o, təbiət və cəmiyyətin bütövlüyü, təbii və ictimai qanunauyğunluqların təbii xarakteri, təbiət və cəmiyyətin fərqli cəhətləri, təbii və ictimai hadisələrin dərkedilməsi xüsusiyyətləri, determinizmi, sosial hadisənin bütöv şəkildə öyrənilməsi və sair prisnipləri daxil edirdi.

Sosialogiya və fəlsəfənin nisbəti belədir: sosialogiya – müxtəlif ictimai hadisələrin izahı üçün bir əsasdır; onun metodları sosial hadisə və faktları öyrənmək üçün istifadə oluna bilər. Sosialogiya bu zamn özünəməxsus metodlara istinad edir. O, fəlsəfə üçün müxtəlif ümumi faktları toplayır. Elə ümumi problemlər var ki, bunları həm fəlsəfə, həm də sosialogiya öyrənir: şüur, varlıq, azadlıq, fəaliyyət, ictimai varlıq və ictimai şüur; mürəkkəb ictimai fenomenlərə bütöv yanaşma (cəmiyyət, qrup, şəxsiyyət və s.).

Sosialogiya fələsəf üçün konkret materialı toplayırsa, fəlsəfə, sosialogiya üçün vacib olan ümumi anlayışları, qnoseoloji və məntiqi kateqoriyaları işləyib hazırlayır. Dürkheym sosialogiyanın obyektinin sosial faktlar olduğunu qeyd edib; onun metodu isə - bu faktların predmetli şəkildə öyrənilməsidir.

Sosial fəlsəfə cəmiyyətdə obyektiv şərait ilə subyektiv amillərin nisbətinin öyrənilməsinə diqqət yetirir.

Obyektiv şərait dedikdə insanların şüuru, iradəsi və istəyindən asılı olmayaraq mövcud olan şərtlərin məcmusu nəzərdə tutulur. Bura təbii şərait, coğrafi mühit, iqtisadi həyatın əsas göstəriciləri daxildir. Bunlardan əlavə ictimai inkişafın vaxtı çatmış tələbatı, maddi istehsal və istehlak vasitələri də obyektiv şəraitin ünsürlərini təşkil edir. Obyektiv şərait hər hansı bir dövrdə insanların fəaliyyətinin əsas istiqamətlərini və hüdudlarını müəyyən edir.

Subyektiv amil isə kütlələrin, siniflərin, sosial qrupların, partiyaların, dövlətlərin və ayrı-ayrı şəxsiyyətlərin fəaliyyətdir, onların şüurlu iradəsi, fəaliyyət və bacarığıdır.

Cəmiyyətin inkişafı gedişində yeninin köhnə üzərində qələbəsi, imkanın gerçəkliyə çevrilməsi üçün təkcə obyektiv şəraitin olması kifayət deyildir. Tarixi prosesdə subyektiv amil də çox mühüm rol oynayır. Belə ki, ictimai həyatda vaxtı çatmış vəzifələrin həlli, həmin vəzifələrin kütlələr tərəfindən  necə başa düşülməsindən, onların şüurluluq və mütəşəkkilliyi səviyyəsindən, əzmkarlığı və iradəsindən çox asılıdır.

Qeyd olunmalıdır ki, təbiətdə hər şey (səma cismlərindən tutmuş bitki və heyvanlara qədər) kortəbii baş verir. Hətta yüksək səviyyədə təşkil olunmuş bioloji növlər belə ətraf mühitə uyğunlaşmaqla məhdudlaşırlar. Yalnız insanlar təbiətə fəal dəyişdirici təsir göstərir, onu öz tələbatlarına uyğunlaşdırırlar. Deməli təbiətin tarixi özü yaranır, cəmiyyətin tarixini isə insanlar yaradırlar.

Zahirən təsadüflər yığımı kimi görünən cəmiyyət həyatı özünün bütün zənginliyi və dolğunluğu ilə samanlı sistemdir. Bu sistemin mövcudluğu və inkişafı müəyyən qanunauyğunluqlar üzrə baş verir. Vaxtilə Engels obrazlı şəkildə demişdi ki, dünya tarixi elə bir böyük şairədir ki, o, gözəlliyini və eybəcərliyini, faciəvini və komiki qanunauyğun surətdə yaradır.

İnsanların hərkətləri müəyyən məqsədə nail olmağa yönəlir, onların tələbatlarını ödəməyə xidmət edir. Cəmiyyət miqyasında götürdükdə ayrı - ayrı fərdlərin hərəkətləri, kütlələrin, sosial qrupların, partiyaların və hakimiyyətlərin ümumi axınına qovuşur. Bu ümumi axında yeniliklə köhnəliyin, mütərəqqi ilə mürtəcenin, doğru ilə yalan ideyaların mübarizəsi baş verir. İctimai həyatda həm də müxtəlif fərdi və qrup mənafeləri, sinfi, milli və dövlətlərarası mənafelər daim toqquşmaqda davam edir. Müxtəlif qəbildən olan ehtiraslar və hisslər (xeyir, şər, qəzəb, nifrət, sevgi və s.) coşub – daşır. Bütün bu rəngarəngliyə və çoxtərəfliyə baxmayaraq cəmiyyət həyatı qanunauyğun proses kimi cərəyan edir. Lakin tarixi qanunauyğunluq insanların şüurlu fəaliyyətindən kənarda deyil, onunla sıx əlaqədə özünü göstərir. Əlbəttə, bu ictimai qanunların obyektiv xarakterini, yəni insanların şüur və iradəsindən asılı olmadığını inkar etmir. Beləliklə, ictimai qanunlar insanların cəmiyyətdə fəaliyyəti nəticəsində yaranır. Lakin qanunlar yarandıqdan sonra insanların fəaliyyəti onlara tabe olur. İnsanlar bu qanunlara fərdidən yüksəkdə duran mahiyyət kimi baxırlar. İctimai inkişaf qanunları dedikdə cəmiyyətdəki hadisələr arasında obyektiv, mühüm, zəruri təkrarlanan əlaqələr başa düşülür. Onlar sosial inkişafın əsas istiqamətlərini səciyyəndirirlər. Belə qanunlara misal olaraq aşağıdakıları göstərmək olar: maddi və mənəvi nemətlərin çoxalması ilə tələbatların artması qanunu, istehsal ilə tələbatların dialektik vəhdəti qanunu, tarixi tərəqqi gedişində subyektiv amilin rolunun artması qanunu və s.

İctimai qanunlar təbiət qanunları ilə müəyyən ümumi və fərqli cəhətlərə malikdir. Əvvəlcə ümumi əlamətləri qeyd edək. Həm təbiət qanunları, həm də cəmiyyət qanunları obyektiv xarakter daşıyır, yəni insanların şüur və iradəsindən asılı olmayaraq mövcudur. Obyektivlik həm də bunda təzahür edir ki, hər iki növ qanunlar insanların onları dərk edib – etməməsindən asılı olmayaraq fəaliyyət göstərir. Lakin insanlar qanunları öyrənmək əsasında öz fəaliyyətində onlardan şüurlu və məqsadyönlü istifadə edə bilirlər.

Bu ümumi cəhətləri ilə yanaşı təbiət və cəmiyyət qanunları arasında müəyyən fərqlər də vardır. Hər şeydən əvvəl cəmiyyət qanunları qarşılarına müəyyən məqsəd qoyan və onları şüurlu surətdə həyata keçirməyə çalışan insanların fəaliyyəti vasitəsilə təzahür edir. Təbiət qanunları isə bundan fərqli olaraq təbiətdəki kortəbii qüvvələr arasından özünə yol aşmaqla fəaliyyət göstərir. Sonuncu qəbildən olan qanunlar insanların şüur, istək və arzularından və iradəsindən tam kənarda mövcud olur.

İkinci, təbiət və cəmiyyət qanunlarının fəaliyyət müddəti bir – birindən fərqlənir. Belə ki, təbiət əbədi olduğu kimi onun qanunları da daimi və uzunömürlüdür (məsələn, enerjinin saxlanması və çevrilməsi) qanunu, ətalət qanunu və s.). Bundan fərqli olaraq ictimai inkişaf qanunları nisbətən qısaömürlüdür. Onların əksəriyyəti az – çox uzun zaman keçdikdən sonra dəyişilir. Bu qanunların xeyli hissəsi yalnız müəyyən dövrdə fəaliyyət göstərir, həmin dövr başa çatdıqda yeni qanunlarla əvəz olunur.

Üçüncü, cəmiyyət qanunları öz xarakter üzündən ayrı – ayrı sosial qrupların və şəxslərin mənafeləri ilə sıx bağlıdır. Təbiət qanunları isə bir qayda olaraq insanların mənafelərinə biganədir və onlarla yalnız dolayısı ilə əlaqədə olur. İctimai inkişaf qanunları insanların fəaliyyəti vasitəsilə əks etdirilir.

Dördüncü fərq bundadır ki, yuxarıda deyildiyi kimi təbiət qanunları özü yaranır, cəmiyyət qanunları isə müəyyən mənada insanlar tərəfindən yaradılır. Bu cəhətə diqqət yetirərək vaxtilə Monteskye yazırdı ki, ictimai qanunlar ölkənin fiziki xassələrinə, iqlim şəraitinə, topağının münbitlik dərəcəsinə, onun ərazisinə, əhalisinin həyat tərzinə, dövlət quruluşuna, dininə, peşə məşğuliyyətinə, əxlaq və adətlərinə müvafiq olmalıdır.

Beşinci, ictimai qanunlar daha mürəkkəb xarakter daşıyır, çünki reallığın ən yüksək forması olan cəmiyyəti səciyyələndirir. Məsələ burasındadır ki, fiziki təbiətdə hər şey tamamilə, heç bir qeyd – şərt olmadan qanunlara tabedir. Cəmiyyətdə isə şüurlu insanlar fəaliyyət göstərirlər. Onlar müəyyən iradə azadlığına malikdirlər və bəzən də özbaşınalıq göstərirlər. Bir sıra hallarda onlar sadəcə yanılırlar, yaxud da bilərəkdən qanunların əleyhinə hərəkət edirlər. Məsələn, cəmiyyət tarixində iqtisadi qanunların pozulması halları tez – tez baş verir. Bu isə dağıntıya və xaosa gətirib çıxarır. Yaxud da tarixdə siyasi avantürizm nümunələri baş verdikdə bunlar obyekyiv qanunların pozulması deməkdir.

Altıncı fərq bununla əlaqədardır ki, insanlara çox vaxt elə gəlir ki, cəmiyyətdə müəyyən bir hadisə baş verirsə bu qanunauyğunluqdur. Bu mənada onlar baş verənlərin təsadüfiliyini qəbul etmək istəmirlər. Təbiətdə daim təkrar hər şey qanun hesab olunur. Cəmiyyətdə hər şey unikaldır, heç nə təkrarlanmır. Baş verən hər bir hadisə özü ilə yenilik gətirir. Yeni sullar doğurur və bunlara uyğun cavablar tələb edir. Nəhayət axırıncı fərq bunda ifadə olunur ki, cəmiyyətdə qanunların xüsusi çəkisi daha yüksəkdir və onlar daha çox yer tutur. Başqa sözlə desək, cəmiyyətdə təsadüflər daha çox hökmüranlıq edirlər.

Lakin tarixdə baş verən konkret hadisələrin tərarolunmaz fərdiliyində və təsadüflüyündə nə isə müəyyən bir ümumi cəhət özünü göstərir. Məsələn, Böyük Vətən müharibəsi ilə Qarabağ müharibəsi bir – birindən tamamilə fərqlənir. Lakin bu fərqlilik daxilində onları müharibə anlayışı altında fəlsəfi mənalandırmaq mümkündür. Tarixdə fərdi olan hər bir hadisə ümuminin konkret təzahürüdür. Lakin burada ümumi cəhət fərdini heçə endirmir, əksinə yalnız təkrarolunmazlığın daha dolğun özünü göstərdiyi şəraitdə həyata keçirilə bilir. Buna görə də cəmiyyət qanunları daha çox statistik qanunlar kimi, yəni meyllər kimi fəaliyyət göstərir. Qanun – meyl isə ümumdünya tarixinin əsas inkişafı yolundan müəyyən kənara çıxma hallarını qəbul edir. Həm də nəzərdə tutulmalıdır ki, ictimai – qanun elə belə sadə meyl kimi deyil, aparıcı və əsas meyl kimi çıxış edir.

Göründüyü kimi təbiət və cəmiyyət qanunlarının qarşılıqlı münasibəti çox mürəkkəbdir. Onları tam eyniləşdirmək və qarşı – qarşıya qoymaq yol verilməzdir. Halbuki hər iki qəbildən olan baxışlar mövcud olmuşdur. Məsələn, sosial – darvinistlər ictimai həyatı biologiyanın qanunları üzrə izah edirdilər. Cəmiyyət ilə təbiət qanunlarının eyniləşdirilməsi sosial həyatı mexanikanın, fizikanın qanunları ilə izah etmək cəhdləri üçün də səciyyəvidir.

Digər ifrat mövqedən çıxış edən yenikantçıların təbiət və cəmiyyət qanunlarını bir – birinə qarşı qoyurdular. Onların fikrincə, təbiətdəki proseslər ümumi qanunauyğunluqlara tabedir. Cəmiyyətdəki hadisələr isə sırf fərdi və təkrarolunmaz xarakter daşıyır. Bu keyfiyyəti həddən artıq şişirtməklə onlar təbiət və cəmiyyət qanunlarının bir – birinə tam əks olduğunu iddia edirdilər.

İctimai qanunlar öz əhatə dairəsinə görə müxtəlifdir. Bu baxımdan onları iki qrupa bölmək olar:

1)   Ümumsosioloji qanunlar

2)   İctimai inkişafın spesifik qanunları

Birinci qrupa daxil olan qanunlar ümumi xarakterə malikdir, yəni bütün tarixi dövrlərdə fəaliyyət göstərir. Öz mahiyyətinə görə bu qanunlar bir növ tarixi inkişafın varisliyini ifadə edir, cəmiyyət inkişafının bütünpillələrinə və mərhələlərinə xas olan ən ümumi və ən mühüm cəhətləri göstərir. Məsələn, ictimai istehsal ilə tələbatın deialektik vəhdəti qanunu bu qəbildəndir.

İctimai həyatın spesifik qanunları isə bir neçə və ya bir tarixi mərhələnin keyfiyyət özünəməxsusluğunu ifadə edir. Bunlara misal olaraq sinfi mübarizə qanununu göstərmək olar. Həmin qanun antaqonist sinifli cəmiyyətlərdə fəaliyyət göstərir.

İctimai qanunların fəaliyyət göstərdiyi şərait dəyişildikdə həmin qanunların fəaliyyəti də dəyişilir: bir sıra qanunlar sıradan çıxır, digər qrup qanunların fəaliyyəti daha dolğun şəkil alır. Üçüncü bir tərəfdən isə əvvəllərdə mövcud olmayan yeni qanunlar (dəyişilmiş formada fəaliyyət göstərmə mənasında) yaranır.

Cəmiyyət qanunlarının mahiyyəti və məzmununun dərk olunması sosial sosial determinizmin başa düşülməsindən çox asılıdr. Əslində ictimai qanunauyğunluğun qəbul edilməsi sosial determinizm prisnipindən irəli gəlir. Məhz ona əsaslanmaqla tarixi qanunauyğunluq zərurət ilə insanların şüurlu fəaliyyətinin (azadlıq) qarşılıqlı münasibətini düzgün başa düşmək olar.

Sosial determinizm sübut edir ki, insanların fəaliyyti maddi olanla ideal olanın, obyektiv ilə subyektivin vəhdəti kimi çıxış edir.

Sosial determiznim tarixi zərurətin qəbul edilməsidir. Lakin nəzərdə tutulmalıdır ki, tarixi zərurət çox müxtəlif formada təzahür edə bilir. Buna görə sosial determinizmin fatal labüdlük formasında çıxış edən tarixi zərurət ilə heç bir əlaqəsi yoxdur. Tarixi zərurət dedikdə insanların fəaliyyətinin labüdlüyü və zəruriliyi ictimai həyatın müəyyən istiqamətdə və arcıllıqla inkişafı nəzərdə tutulur. Beləliklə, sosial determinizmin qəbul edilməsi cəmiyyət tarixində zərurəti, obyektivliyi və habelə müəyyən təkrarlanmanı qəbul etməyə gətirib çıxarır. Lakin qeyd edilməlidir ki, tarixdə təkrarlanma inkişafın fərdi xüsusiyyətlərini, özünəməxsusluqlarını istisna etmir, çünki hər cür belə təkrarlanma başqa şəraitdə, başqa inkişaf mərhələsində baş verir.

Sosial determiznim prinsipi cəmiyyət tarixində obyektivliyi, zəruriliyi, səbəbiyyət əlaqələrini və təkrarlanmanı qəbul etməklə ictimai inkişafın obyektiv və qanunauyğun xarakterini aşkar etmək imkanı verir.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 3877 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 2
07.03.2024
2. Ipbzxi () [Материал]
order lipitor sale <a href="https://lipiws.top/">order atorvastatin 20mg online</a> order atorvastatin 20mg pills

30.10.2009
1. ILKKIN () [Материал]
ilkin_2009@list.ru

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024