Marketing Воскресенье, 22.12.2024, 04:05
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Kitablar [3]
Elmi məqalələr [5]
Disertatiyalar [1]
Mühazirə mətnləri [2]
Diplom işi [1]
Marketing araşdırmaları [9]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitabxana » Elmi məqalələr

Müəssisənin strategiyasında planlaşdırmanın rolu.
[ ] 05.10.2008, 10:30

R.F.Sadıqov.  

                       Müəssisənin strategiyasında planlaşdırmanın rolu.



Strategiya idarəetmənin və planlaşdırmanın alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımını, inkişafını təmin edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir. Strateji planlar müəssisənin ümumi strateqiyasının, onun fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Onun əsas vəzifəsi ətraf mühitdəki dəyişikliyə reaksiya üçün lazımi informasiya və dəyişikliyin təminatından ibarətdir.
Strateji planlaşdırma prosesi strategiyanın mərhələləri ilə müəyyən olunur və aşağıdakılardan ibarətdir:
1. Təşkilatin missiyası. (Təşkilatin missiyası-ali, baş məqsəddir. Yəni nə istehsal etmək, hansı fəaliyyətlə məşqul olmaq lazım gəldiyini müəyyənləşdirir.)
2. Təşkilatin məqsədi. (Ali məqsədə nail olmaq üçün hansı işləri görmək lazım olduğunu müəyyən edir.)
3. Ətraf mühitin təhlili. (Xarici təsir amillərini müəyyən etmək, riskləri hesablamaq, rəqibləri öyrənmək, təbii fəlakətlərdən qorunmaq, infilyasiyanı nəzərə almaq və s.)
4. Alternativlərin təhlili. (Məqsədə nail olmaq üçün alternativ yolları, variantları axtarır, tapır və araşdırır.)
5. Strategiyanın qiymətləndirilməsi. (Həmin yolları saf-çürük etmək və onları qiymətləndirmək.)
6. Strategiyanın seçilməsi. (Saf-çürük etdikdən sonra ən yaxşı və optimal variantın seçilməsi.)
  Müasir təşkilatlarda strateji planlar sistemi 4 qrup planlardan ibarətdir:
1. Müəssisənin fəaliyyət istiqamətləri planı.
2. Əsas texniki-təşkilati inkişaf planı.
3. Cari və taktiki fəaliyyət planı.
4. Məqsədli proqram və layihələr. ( İstehsal xərclərinin azaldılması, enerjiyə qənaət edilməsi, səmərələşdirici təkliflər planı, keyfiyyətin yaxşılaşdırılmasına dair tədbirlər planı.)
 Əsas fəaliyyət istiqamətləri planı strateji planlar sistemində aparıcı rola malikdir. Çünki o, təşkilatin əsas təyinatını, onun məqsəd və vəzifələrini xarakterizə edir. Bu plan qalan bütün planlar üçün oriyentirdir.
  Texniki planlar fəaliyyətin həyata keçirilməsinin texniki tərəflərini özündə cəmləşdirir. Texniki planlar strateji məqsədlərə görə yeni texnika və texnologiyanın tətbiqini özündə cəmləşdirir.
 Təşkilati inkişaf planı əsas fəaliyyət istiqamətləri üçün yeni mövqelərə çıxış yollarını göstərən tədbirləri müəyyən edir. Bu planlar strateji planların reallaşdırılması aləti kimi çıxış edir. Təşkilati inkişaf planının əsas məqsədi strategiyaların həyata keçirilməsi üçün bütün təşkilati məsələləri özündə əks etdirir.  
 Cari və taktiki fəaliyyət istiqamətləri planı isə cari fəaliyyət dövründə əhəmiyyətli dəyişikliklərin keçirilməsi zərurəti ilə bağlıdır.
  Strateji idarəetmənin və planlaşdırmanın əsas alt sistemlərindən biri markertinq strategiyasıdır. Marketinq strategiyası gələcək dövrdə müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marketinq tədqiqatlarının həyata keçirilməsini nəzərdə tutur, müəssisənin strateji məqsədlərə nail olması üçün marketinq sahəsində proqnozların verilməsini, gələcək dövr üçün istehsalın və əmtəələrin təkmilləşdirilməsini, istehsal olunacaq yeni və mütərəqqi məhsulların layihələrinin işlənib hazırlanmasını əhatə edir. 
 Marketinq strategiyasının tərkibinə daxil olan komponentlərindən biri də bazarın strateji seqmentləşdirilməsidir. Bazarın seqmentləri üzrə bölüşdürülməsi satışın intensivləşdirilməsi və satış fəaliyyətində yüksək səmərəliliyin əldə olunması üçün olduqca əhəmiyyətlidir.
Strateji planların tərtib edilib həyata keçirilməsi strateji nəzarətin yerinə yetirilməsini tələb edir. Çünki nəzarət müəyyən olunmuş strategiyanın, onun mərhələlərinin, taktikanın və bütün proseslərin lazımi səviyyədə həyata keçirilməsini təmin edən mexanizimdir.
Strategiyanın reallaşdırılmasına nəzarət etmək üçün təşkilat rəhbərləri zəruri strateji dəyişiklikləri müəyyən etməli və həyata keçirməli, plan, proqram və layihələrin icra edilməsini idarə etməlidir.
Strateji planlaşdırmanın həyata keçirilməsində proqnozlaşdırmanın da rolunu qeyd etmək vacibdir. Proqnozlaşdırma strategiyanın müəyyən edilməsi və reallaşdırılması üçün tətbiq edilən funksiyalardan biridir. Proqnozlaşdırma təşkilatın zəif və güclü tərəflərinin tədqiqi yolu ilə məqsədlərin müəyyən olunmasına köməklik göstərir. Proqnozlaşdırma müəssisənin gələcək perspektivlərinə xidmət edir. Müəssisə səviyyəsində proqnozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında məlumatların verilməsi ilə əlaqədardır. Xarici mühitin göstəriciləri haqqında proqnozlar plan və sonrakı proqnozlar üçün iqtisadi hesablamalardan ötrü başlanğıcdır. Yəni, proqnozlar strateji planların tərtib edilməsi üçün istifadə olunan elementlər və ünsürlərdir. Müəssisə çərçivəsində proqnozlara aşağıdakılar aiddir:
1. Regionun iqtisadi vəziyyətinin priqnozu.
2. Ayrı-ayrı rəqib müəssisələr haqqında proqnozlar.
3. Firma tərəfindən istehsal edilib satılan məhsula olan təlabatın proqnozu (sorğular əsasında.)
4. İnvestisiyalar haqqında proqnoz.
5. Texnoloji proqnoz.
6. Bazar konyukturasının proqnozu.
7. Əmtəə bazarında yeni təlabatların proqnozu.
Regionun iqtisadi vəziyyətinin proqnozu dedikdə, firmanın fəaliyyət göstərdiyi ərazidə iqtisadiyyatın gələcək vəziyyəti haqqında proqnozlar başa düşülür.
Ayrı-ayrı rəqib müəssisələrin proqnozu dedikdə, isə rəqiblərin gələcək inkişafı, onların bazara çıxaracaq məhsullarının həcmi, keyfiyyəti, gələcək perspektivləri barədə proqnozlar başa düşülür. 
Satılacaq məhsula olan təlabatın proqnozu oladuqca vacib məsələdir. Çünki bu gələcəkdə məhsulun bazarda satışının intensivliyinin nə dərəcədə olacağını planlaşdırmaq üçün əsas meyardır.
Bu cür proqnozlar içərisində investisiyalar proqnozu da mühüm yer tutur. Çünki fəaliyyət göstərdiyi sahədə müəssisənin gələcək investisiyaların həyata keçirilməsi haqqında informasiyalara malik olması daha məqsədə uyğun olar. 
Texnoloji proqnoz müəssisənin istifadə etdiyi və gələcəkdə istifadə edəcəyi texnoloji avadanlıqlar, vasitələr və üsullar haqqında, onların kəşfi ilə müəyyən məlumatlar verir.
Bazar konyukturasının proqnozu bazarların seçilməsi ilə əlaqədar olub, satışının intensivliyinə təsir edən amillərdən biridir.
Yeni təlabatlar proqnozu yeni elmi axtarışlar, innovasiya tədqiqatları və mütərəqqi məhsulların gələcək istehsalı ilə bağlıdır. Çünki müəssisə hələ alıcılarda heç bir təsəvvür olmayan, lakin istehsalı nəzərdə tutulan mütərəqqi və yeni məhsullara təlabatı müəyyən etməli, sonra isə həmin məhsulların istehsalını həyata keçirlməlidir. Çünki yeni təlabat proqnozu müəssisəni istehsal ediləcək yeni və mütərəqqi məhsulun bazarda yüksək səviyyədə satılacağına əmin edir.
  Р.Ф.Садыгов 
Роль планирования предприятия и его стратегия.
Аннотация

В условия рынка фирмы сталкиваются с множеством непредвиденных ситуаций, что вызывает необходимость отказа от жесткой системы планирования и перехода к гибкой системе ее деятельности. Реализация такого пути связанная с разработкой стратегии деятельности фирмы, в которой определяются главные цели задачи, их ресурсное и финансовое обеспечение, пути и методы достижения целей и решение возникающих проблем, указаны в данной статье.
Для успешной деятельности фирмы, она должна определить стратегические цели и тактические задачи обеспечивающие достижение задуманного. Первым , может быть самым существенным, решением при стратегическом планировании ,является выбор целей фирмы, на что дается уделяется особое внимание в статье.

ЯДЯБИЙЙАТ
1. Г.Гейбуллаев. Идарячилийин – менеъментин ясаслары. Б.2000.
2. П.В. Забелин, Н.К. Моисеева. Основы стратегического управления. М. 1997.
3. Р.А.Фатхуддинов. Стратегический менеджмент. М.1999.
4. Р.Ф.Садыгов. «Fирмадахили планлашдырмаnın formalaşdırılması вя тякминляшдирилмяси мясяляляри».Диссертасийа. Б.2002.



   




Категория: Elmi məqalələr | Добавил: marketing
Просмотров: 7056 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 2
08.03.2024
2. Weriso () [Материал]
buy atorvastatin 80mg for sale <a href="https://lipiws.top/">buy atorvastatin cheap</a> order atorvastatin generic

08.10.2009
1. vusal () [Материал]
565

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0


Copyright MyCorp © 2024