Azərbaycan Marketinq Cəmiyyəti Azərbaycan Marketinq Cəmiyyətinə üzv olmaqla siz aşağıdakıları əldə etmiş olursunuz:
• AMC tərəfindən təşkil edilən bütün tədbirlərdə (konfrans, treninq və seminarlar) iştirak • Təlimatçıların Təlimləri ilə bağlı müxtəlif treninqlərdə iştirak. Bu treninq proqramları AMC üzvlərinə Beynəlxalq Təşkilatlar tərəfindən marketinq üzrə təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak etməyə imkan verir. • AMC-nin kitabxanasından və məlumat bazasından sərbəst istifadə. • AMC-nin bütün nəşrlərini əldə edərkən güzəştlər. • AMC tərəfindən hazırlanmış xüsusiləşdirmiş hesabatları əldə etmək hüququ • Sizin professional maraqlarınızın beynəlxalq səviyyədə təmsil olunması • Cəmiyyətin fəaliyyətlərində və tədbirlərində iştirak etməklə professional bilik və bacarıqlarınızın daha da təkmilləşdirilməsi • AMC-nin bütün üzvləri arasında yaranmış məlumat şəbəkəsinə qoşulmaq imkanı Azərbaycan Marketinq Cəmiyyətində üzvlük sistemi AMC-nin üzvləri dörd qrupa bölünür və bu qruplara müvafiq üzvlük paketləri təklif olunur: • Qrup 1: tələbələr, işsizlər, AMC-nin işçiləri və könüllüləri. • Qrup 2: dövlət qurumlarda, qeyri-hökümət təşkilatlarında, təhsil müəssisələrində, dövlət tədqiqat institutlarında çalışanlar, yerli mütəxəssislər, yerli fərdi sahibkarlar və yerli kiçik-orta müəssisələrinin sıravi işçiləri, jurnalistlər. • Qrup 3: yerli kiçik-orta müəssisələrinin menecerləri, yerli iri müəssisələrinin və xarici kiçik-orta müəssisələrinin sıravi işçiləri. • Qrup 4: yerli iri müəssisələrinin və xarici kiçik-orta müəssisələrinin menecerləri, xarici iri müəssisələrinin sıravi işçiləri. • Qrup 5: xarici iri müəssisələrinin menecerləri, beynəlxalq ekspertlər. • Qrup 6: fəxri üzvlər. Üzvlük haqqlarının məbləği birdəfəlik ödənişlə və ya hər altı aydan bir öncədən ödənilir Əgər ödəniş 6 aydan çox verilmirsə, üzv lazım olan məbləği ödəyənə qədər bütün imtiyazlardan məhrum olunur. Imtiyazlar ancaq ödənişdən sonra qüvvəyə minir. Bir ildən çox üzvlük haqqı ödəməyən üzv AMC-dən xaric edilir. Bütün üzvlərə sistem tətbiq ediləndən sonra AMC-nin rüblük və illik maliyyə, o cümlədən, üzvlərdən üzvlük haqqları və ianələr şəklində daxil edilmiş vəsait haqqında və ümumi hesabatlar vaxtlı vaxtında elektron poçt vasitəsilə göndərilir. Fəxri üzvlər üzvlük haqqı ödəmir. “Fəxri üzv” adı (və ona uyğun olan imtiyazlar) İdarə Heyəti tərəfindən verilir. İdarə Heyətinin üzvü olmuş və icraçı direktor vəzifəsində çalışmış şəxslər avtomatik olaraq fəxri üzv adını qazanırlar. “Fəxri üzv” adı Ümumi Yığıncaqda İdarə Heyətinin əsaslandırılmış təqdimatı ilə səslərin sadə çoxluğu nəticəsində qəbul edilmiş qərarı əsasında geriyə alınır. Yuxarıda verilən qruplara uyğun aşağıdaki üzvlük paketləri təklif olunur: Necə üzv qəbul olunmalı? Siz Azərbaycan Marketinq Cəmiyyətinin nizamnaməsi ilə tanış olduqdan sonra Üzvlük Ərizə Formasını doldurmaqla Cəmiyyətə üzv ola bilərsiniz. Bunula belə siz aşağıdakı qeydiyat qaydalarına diqqət yetirməlisiniz: 1. Üzvlük Ərizə Formasını doldurun (DOC formatı üçün bax qeydə) 2. Doldurulmuş ərizə formasını şəxsən və ya faksla yaxud elektron poçt vasitəsilə aşağıdakı ünvana göndərin
|